ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) onun təşəbbüsü ilə həyata keçirilən siyasi addımlar olmasaydı, fəaliyyətini dayandıracağına əminliyini ifadə edib.
Sfera.az xəbər verir ki, bu barədə“TASS” informasiya agentliyi məlumat yayıb.
“Mən NATO üçün hamıdan daha çox iş görmüşəm. Düşünürəm ki, mən olmasaydım, NATO bu gün mövcud olmazdı. Mən alyans üzvü olan ölkələri ÜDM-in 2 faizi əvəzinə 5 faizi həcmində müdafiə xərclərini öz üzərinə götürməyə razı saldım. NATO üçün digər Amerika prezidentlərindən daha çox iş görmüşəm. Görək bundan sonra nə olacaq”, – deyə Donald Tramp Floridada jurnalistlərlə söhbəti zamanı bildirib.
ABŞ liderinin bu açıqlaması NATO-nun gələcək rolu və alyans daxilində məsuliyyət bölgüsü ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.
Niyaz Hacıyev
Sfera.az