Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına təsisçi üzv kimi qoşulmaq üçün dəvət alıb və bunu qəbul edib. 




Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.




"Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağının tənzimlənməsi üzrə Sülh Şurasına onun təsisçilərindən biri kimi qoşulmaq üçün rəsmi dəvət alıb. Baş nazir Paşinyan bu dəvəti məmnuniyyətlə və məsuliyyətlə qəbul edərək, Ermənistanın sülhün təşviqinə sadiqliyini bir daha təsdiqləyib", - deyə  Bağdasaryan yazıb.




Fidan Hacızadə

Sfera.az