Beynəlxalq qurumlar və forumlar son illərdə bir sıra siyasi fiqurlar və nümayəndələrin çıxışlarını ləğv etmək və ya iştiraklarını geri götürmək qərarları ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, bu cür qərarlar əsasən geosiyasi gərginliklər, insan haqları məsələləri, ya da ictimai təzyiqlər fonunda verilir.
Son illərdə beynəlxalq konfranslarda iştirakı ləğv edilən, yaxud iştirakdan imtina edən şəxslər barədə qısa materialı təqdim edirik:
Abbas Əraqçi - Münhen Təhlükəsizlik Konfransı
İranın xarici işlər naziri müavini Abbas Əraqçinin Münhen Təhlükəsizlik Konfransında çıxışı üçün verilmiş dəvət ləğv edilib. Qeyd edək ki, builki Münhen Təhlükəsizlik Konfransı 13-15 fevral tarixlərində baş tutacaq. Təşkilatçılar siyasi baxımdan əhəmiyyətli töhfə verə biləcək şəxsləri dəvət etməyə çalışdıqlarını, lakin iştirakçı siyahısı formalaşdırılarkən beynəlxalq siyasi proseslərin daim nəzərə alındığını vurğulayıblar.
Abbas Əraqçi - Davos (World Economic Forum) iştirakının ləğvi
Məlumata görə, forumun rəsmi proqramına əsasən, Abbas Əraqçının çıxışı bu gün, yəni yanvarın 20-də günortadan sonraya planlaşdırılmışdı. Yanvarın 18-də onun adı hələ də spikerlər siyahısında idi, lakin yanvarın 19-da səhər artıq onun adını saytda tapmaq mümkün olmayıb.
Forum təşkilatçıları İsveçrənin “20 Minuten” qəzetinə təsdiqləyiblər ki, İran xarici işlər naziri Davosa getməyəcək. Onlar bildiriblər ki, Əraqçı 2025-ci ilin payızında tədbirə dəvət olunub, lakin İranda etirazların qurbanları ilə əlaqədar olaraq İran hökumətinin bu il Davosda təmsil olunması məqsədəuyğun hesab edilməyib.
Onu da xatırladaq ki, əvvəlki il də İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifi çıxışının ləğvi planlaşdırılmışdı, lakin baş tutmamışdı.
Ursula von der Leyen və digər dünya liderlərinin COP29 çıxışları COP29 iqlim sammitində bir sıra yüksək səviyyəli liderlərin iştirak etməməsi qərarı da gündəmə gətirilib.
Məsələn, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və ABŞ Prezidenti Co Bayden siyasi səbəblər və daxili gündəm ucbatından tədbirdə iştirak etməyəcəklərini açıqlayıblar.
Bu, çıxışların ləğv olunmasından fərqli olsa da, liderlərin iştirakını geri götürməsi kimi qiymətləndirilir.
Niyaz Hacıyev
Sfera.az