ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makrondan aldığı şəxsi mesajları sosial media hesabında paylaşıb. Paylaşılan yazışmalarda Makronun Trampa xüsusilə Suriya məsələsində eyni mövqedə olduqlarını bildirdiyi görünür.


 


Sfera.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp arasında münasibətlər bir müddətdir gərgindir.


 


İki lider arasında zaman-zaman söz atışmaları müşahidə olunsa da, bu dəfə Tramp Makronun ona göndərdiyi mesajları açıq şəkildə ictimailəşdirib.




Donald Tramp jurnalistlərə açıqlamasında Makronun müəyyən görüşdə iştirak etməməsi ilə bağlı suala sərt cavab verib. ABŞ prezidenti bildirib ki, “Elə dedi? Onsuz da heç kim onu istəmir…”.




Tramp əlavə edib ki, Makronun siyasi gələcəyi sual altındadır.




“Bir neçə aydan sonra vəzifəsindən gedəcək. Əgər o, düşmənçiliklə danışsa, mən onun şərabına və şampanına 200 faiz vergi tətbiq edəcəyəm. O, iştirak etmək məcburiyyətində deyil. Onsuz da gedəcək”, - deyə Tramp qeyd edib.




ABŞ prezidenti paylaşımında Makronun ona ünvanladığı mesajı da yayımlayıb. Mesajda Fransa prezidentinin Trampa müraciəti belə yer alıb:




“Dostum, Suriya məsələsində tamamilə eyni fikirdəyik. İran məsələsində də birlikdə böyük işlər görə bilərik. Qrenlandiya ilə bağlı nə etdiyinizi başa düşmürəm”.




Makron mesajında əməkdaşlıq çağırışı da edib:




“Gəlin əla bir şey qurmağa çalışaq. Davosdan sonra cümə axşamı günortadan sonra Parisdə G7 görüşünü təşkil edə bilərəm”.




Mesajın davamında Fransa prezidenti mümkün danışıqlar formatına da toxunub:




“Mən həmçinin ukraynalıları, danimarkalıları, suriyalıları və rusları danışıqlara dəvət edə bilərəm. ABŞ-yə qayıtmazdan əvvəl cümə axşamı Parisdə birlikdə şam yeməyi yeyək, Emmanuel”.




Trampın bu paylaşımları iki lider arasındakı münasibətlərin yenidən gündəmin əsas mövzularından birinə çevrilməsinə səbəb olub.




Bəsti Rəfizadə

Sfera.az