Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fələstin dövlətinin yaradılması ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” təşəbbüsü kontekstində aktual olaraq qalır.
Sfera.az xəbər verir ki, Lavrov bunu 2025-ci ildə Rusiyanın diplomatik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib:
“Biz əminik ki, Yaxın Şərqdə uzunmüddətli həll üçün BMT-nin Fələstin dövlətinin yaradılması qərarı nəhayət həyata keçirilməlidir. Vurğulamaq istəyirəm ki, bu məsələ Trampın artıq yüksək səviyyədə həyata keçirilən “Sülh Şurası” təşəbbüsü işığında aktuallığını qoruyub saxlayır".
Nazir sözlərinə əlavə olaraq bildirib ki, Rusiya bölgədə sülhün bərqərar olması üçün diplomatik səyləri davam etdirəcək.
Niyaz Hacıyev
Sfera.az