18 yanvar saat 23:50-də Oğlaq bürcündə ilin ilk və olduqca güclü Yeni Ayı baş verib.
Sfera.az xəbər verir ki, astroloji baxımdan bu Yeni Ay xüsusi əhəmiyyət daşıyır və əsasən karyera, iş həyatı, status, hədəflər, eləcə də ev və ailə ilə bağlı mövzuları gündəmə gətirir.
Astroloqların fikrincə, Oğlaq bürcündə baş verən bu Yeni Ay fiziki başlanğıclar, maddi və material sahələr üçün ideal dövrdür. Yeni Ay realist və praktik enerji daşıyır, ağıl, zehin və ünsiyyət bacarıqlarını ön plana çıxarır. Bu dövrdə bacı-qardaşlar, qohumlar, qonşular və yaxın çevrə ilə bağlı məsələlər daha çox gündəmdə ola bilər.
Ümumilikdə isə bu Yeni Ay güclü və sağlam təsirlərə malikdir. Gözlənilməz anda baş verə biləcək yeni başlanğıclar, qəfil uğurlar, açılan qapılarla yanaşı, ani gərginliklər və emosional sarsıntılar da mümkündür. Astroloji təsirlərə görə, əsas fokus karyera yüksəlişi, statusun möhkəmlənməsi, məqsədlər və arzulara doğru əzmlə irəliləmək olacaq.
Yeni Ayın enerjisi olduqca sərt və güclüdür. Bu dövrdə beyin və zehni fəaliyyət daha məhsuldar işləyə, intellektual potensial daha yaxşı ortaya çıxa bilər. Sevgi, eşq və ehtiras mövzuları da diqqət mərkəzində olacaq, eşq həyatı canlana bilər. Bir tərəfdən xəyallar və arzular gündəmdə olduğu halda, digər tərəfdən keçmiş xatirələr, emosional bağlar, cinsi istəklər və ailə ilə bağlı məsələlər ön plana çıxacaq.
Astroloqlar bildirir ki, bu Yeni Ay mübarizə aparmaq, əzmlə irəliləmək, doğru zamanda zəhmət çəkmək və güclü, sağlam, qərarlı olmaqla birbaşa əlaqəlidir. Qeyd edək ki, Yeni Ayın təsirləri hər kəsdə fərqli şəkildə özünü göstərə bilər və bu, həm Günəş, həm də Yüksələn bürcdən asılı olaraq dəyişir.
Firuzə Əliyeva
Sfera.az