Rusiyanın paytaxtı Moskvadakı Domodedovo hava limanından Bakıya olan təyyarə reysi təxirə salınıb.





Sfera.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb davam edən PUA hücumlarıdır.

 


Qeyd olunur ki, 20 yanvar səhəri Domodedovo hava limanında uçuşların gediş-gəliş cədvəlində pozuntular qeydə alınıb. Onlayn tablonun məlumatına görə, bəzi reyslər ləğv edilib, bir neçə istiqamət üzrə uçuşlar isə ciddi gecikmələrlə həyata keçirilir.



 


AZAL-a məxsus təyyarənin də uçuş vaxtı Moskva saatı ilə 13:05 olsa da, 17:30-dək təxirə salınıb.

 


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 19 yanvar saat 23:00-dan 20 yanvar saat 07:00-a qədər (Moskva vaxtı ilə) 32 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Ən çox dron Bryansk vilayəti və Krım Respublikasının ərazisi üzərində vurulub: hər iki bölgədə 9 PUA məhv edilib.

 


Daha 3 pilotsuz aparat Voronej vilayəti üzərində məhv edilib. Belqorod, Kursk, Volqoqrad, Astraxan və Samara vilayətlərinin ərazisi üzərində isə hər birində 2 PUA ələ keçirilib. 1 pilotsuz aparat isə Smolensk vilayəti üzərində vurulub.