Ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14 milyard 956,7 milyon manat olub.


 


Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


 


Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə real ifadədə 9 % çoxdur.


 


Hüquqi şəxslər tərəfindən əhaliyə 11 milyard 236,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.


 


Ötən il hər bir ölkə sakini orta hesabla 1 460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.