Türkiyəli aktyor Ufuk Özkanın səhhəti pisləşib.


 


Sfera.az xəbər verir ki, bu barədə qardaşı qardaşı Umut Özkan açıqlama yayıb. O bildirib ki, Ufukun üst tənəffüs yolları infeksiyası inkişaf edib və aparılan tibbi müayinələr nəticəsində Influenza A testin müsbət çıxıb.


 


Həkimlər infeksiyanın aktyorda mövcud olan qaraciyər çatışmazlığını ağırlaşdıra biləcəyi riski olduğunu bildirib. Bu səbəbdən ziyarətlərin məhdudlaşdırıldığı bildirilib.


 


Umut həmçinin qeyd edib ki, qaraciyər donoru axtarışı davam edir. /Axşam.az