NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen ABŞ Prezidenti Donald Trampa yaltaqlanmağın vaxtının bitdiyini və Avropanın tarif təhdidinə qətiyyətlə cavab verməli olduğunu bildirib.


 


Sfera.az xəbər verir ki, o, Avropa Birliyini Vaşinqtonun Qrenlandiyaya qoşun göndərən ölkələrə tarif tətbiq edəcəyi təqdirdə ABŞ-yə sərt iqtisadi zərbə endirməyə çağırıb.


 


Rasmussen bildirib ki, yltaqlıq vaxtı bitdi: "Bu, işə yaramır. Fakt budur ki, Tramp yalnız gücə və qüdrətə hörmət edir. Və birliyə. Avropanın indi nümayiş etdirməli olduğu şey məhz budur".


 


O, Trampın Qrenlandiyaya iddialarının NATO-nun 1949-cu ildə yarandığı vaxtdan bəri ən böyük problem olduğunu söyləyib.