Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktları qeydə alınıb.


 


Sfera.az bildirir ki, şəhərin 9-cu mikrorayonunda yaşayan, 2011-ci il təvəllüdlü İsmayıllı Fərid Vüsal oğlu dəm qazından zəhərlənib.


 


Məlumata görə, zərərçəkən dərhal xəstəxanaya çatdırılıb.


 


Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Uşaq Xəstəxanasında müalicəsi davam etdirilir.


 


Digər hadisə şəhərin 22-ci məhəlləsində, Yataqxana 2 ünvanında baş verib.




1987-ci il təvəllüdlü Bağırova Şəbnəm Mirbehbud qızı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.


 


Onun da vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkən Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alır.


 


Faktlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.