Suraxanı rayonu, Hövsan qəsəbəsində yolların sürüşkən olması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az bildirir ki, AYNA-ya məxsus 121E nömrəli marşrut xətti üzrə Hövsan-Əhmədli istiqamətində hərəkətdə olan avtobus idarəetməni itirərək 210 nömrəli avtobusla toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtobuslarda olan sərnişinlərin təhlükəsizliyi təmin edilib. Qəzanın baş verməsinə səbəb kimi yol örtüyünün sürüşkən olması göstərilib.
Bəsti Rəfizadə
Sfera.az