“Cəsur iranlılar küçə, ev və hətta xəstəxanalarda terrorçu rejimin əli ilə qətlə yetirilirlər. Açıq şəkildə ABŞ və İsrailə “ölüm” şüarları səsləndirən bu rejim dayandırılmalıdır”.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı üzvü Co Vilson "X"-də yazıb.


 


Konqresmen Rusiyanın Ukraynaya hücumuna toxunaraq bunu “Prezident Vladimir Putinin cinayəti adlandırıb və əlavə edib:


 


“Müharibə cinayətkarı Putin və terrorçu Xamenei mədəni dünya üçün xərçəngdir. Bu təhlükəli xəstəlik düzgün və qətiyyətli addımlarla nəzarət altına alına bilər, onun yayılmasına icazə verilməməlidir”.