İngiltərənin “Arsenal” komandası Çempionlar Liqasının yeddinci turunda İtaliyanın “İnter” komandasını 3-1 hesabı ilə məğlub edərək turnirin 1/8 final mərhələsində birinci yeri tutub.
Sfera.az xəbər verir ki, oyun Milanda keçirilib. Qalib komandanın heyətində Qabriel Jesus iki qol vurub (10 və 31-ci dəqiqələr), Viktor Gyökeres isə sonuncu qolun müəllifi olub (84-cü dəqiqə). “İnter”in heyətində Petar Suçiç fərqlənib (18-ci dəqiqə). “Arsenal” ümumi mərhələdə yeddi oyunun hamısında qalib gələrək 21 xal toplayıb və Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasında otuz altı klub iştirak edir. Bütün komandalar qrup mərhələsində səkkiz oyun keçirir – dördü evdə, dördü səfərdə. Qruplarda ilk səkkiz yerə sahib komandalar avtomatik 1/8 finala yüksəlir, 9-cu ilə 24-cü yerlər arasındakı komandalar isə pley-off mərhələsinə vəsiqə qazanır. Bu format ötən mövsümdən bəri tətbiq edilir.
Niyaz Hacıyev
Sfera.az