Fransa ABŞ ilə münasibətlərindəki gərginliyə baxmayaraq, milli komandasını 2026-cı il dünya çempionatından çıxarmağı düşünmür.


 


Sfera.az xəbər verir ki,bu barədə Fransanın idman naziri Marina Ferrari “RMC Sport” televiziya kanalına açıqlamasında bildirib. “The Economist” jurnalı əvvəllər bəzi Avropa ölkələrinin Qrenlandiya ilə bağlı mübahisələr fonunda Dünya Kubokunu boykot etməyi düşündüklərini yazmışdı.


 


Marina Ferrari isə qeyd edib: “Hazırda nazirliyimizin bu böyük yarışı boykot etmək niyyəti yoxdur. Amma müəyyən siyasi bloklardan səslər eşitmişəm. Mən idmanı siyasətdən ayırmağı istəyirəm".


 


Qeyd edək ki, 2026-cı il Dünya Kubokunda ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun- 1-9 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


 


Niyaz Hacıyev


Sfera.az