Azərbaycandan Ermənistana ixracın dəyəri məlum olub. 




Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min dollar dəyərində mal ixrac edilib.


 


Ötən il ərzində Ermənistandan Azərbaycana hər hansı ixrac həyata keçirilməyib.  




Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan Ermənistanda müxtəlif növ yanacaq, əsasən də avtomobil benzini və dizel yanacağı ixrac edilib. 




Altay

Sfera.az