2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-dekabr aylarına nisbətən 12.2% artıb.




Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb.




Qeyd edək ki, mənzil bazarında yüksək qiymət artımı artır bir neçə ildir ki, davam edir. 




Maraqlıdır, mənzillərin qiymətində yüksək artım sürəti hansı mərhələyə qədər davam edəcək?




Bu haqda Sfera.az-a açıqlama verən əmlak eksperti Elnur Azadovun sözlərinə əsasən, 2020-ci ilin sonundan etibarən ölkədə stabil qiymət artımı müşahidə olunub:




“Ən yüksək qiymət artımı 2022 və 2023-cü illərdə, xüsusilə Bakı şəhəri üzrə qeydə alınıb. Həmin dövrdə qiymət artımı 15-20 faiz arasında olub, lakin 2023-cü ilin ikinci yarısından sonra qiymət artımı nisbətən azalıb”.


 





Ekspert ən çox artımın hansı ərazilərdə olduğunu da vurğulayıb:


 


“Ən çox qiymət artımı Bakı şəhəri üzrə mənzil fonduna aiddir, regionlarda isə bu artım daha azdır. Orta göstəricilər də bu çərçivədə dəyişir". 


 


E.Azadov mənzil bazarında bahalaşmanın hələ davam edəcəyini də təxmin edib:


 


"Qarşıdakı illərdə də qiymətlər artacaq. 2026-cı ildə bahalaşma 2024 və 2025-ci illərdə olan artım sürətinə uyğun olacaq. Yəni əvvəlki illərlə müqayisədə cəmi bir-iki faiz fərq ola bilər və proses eyni qaydada davam edəcək”.




Bəsti Rəfizadə

Sfera.az