“Samsung”un yeni orta seqment smartfonu “Galaxy A57 5G” Çinin sertifikatlaşdırma qurumu TENAA-nın məlumat bazasında görünüb. Bununla da cihazın dizaynı və texniki xüsusiyyətləri rəsmi təqdimatdan əvvəl məlum olub.
Sfera.az xəbər verir ki, məlumata görə, “SM-A5760” model nömrəsi ilə siyahıya alınan “Galaxy A57” cəmi 6,9 mm qalınlığa və 182 qram çəkiyə malikdir.
Bu göstəricilər onu öz seqmentində ən nazik modellərdən birinə çevirib.
Smartfon “Full HD+” təsvir ölçülü 6,6 düymlük ekranla təchiz olunub. Ekrana inteqrasiya edilmiş barmaq izi oxuyucusunun da cihazda yer aldığı bildirilib.
“Galaxy A57”nin “Exynos 1680” prosessoru ilə çalışacağı ehtimal olunur. “Model 8 GB” və “12 GB RAM” seçimləri, həmçinin 256 GB daxili yaddaşla təqdim ediləcək. Telefonun qutudan “Android 16” əməliyyat sistemi ilə çıxacağı və uzunmüddətli proqram yeniləmələri alacağı gözlənilir.
Kamera xüsusiyyətlərinə gəlincə, arxa hissədə 50 MP əsas kamera, 12 MP ultra geniş bucaq və 5 MP makro obyektivdən ibarət üçlü kamera sistemi yer alıb. Ön tərəfdə isə 12 MP-lik kamera mövcuddur.
Enerji təminatı üçün cihazda təxminən 5000 mAh tutumlu batareya və 45W sürətli enerji dəstəyi nəzərdə tutulub.
Məlumata əsasən, “Galaxy A57”nin “Samsung”un flaqman S26 seriyasının təqdimatından bir neçə həftə əvvəl elan ediləcəyi gözlənilir. Modelin “Galaxy A37” ilə birlikdə fevral ayı ətrafında satışa çıxarılması ehtimal olunur.
Bəsti Rəfizadə
Sfera.az