Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Qrenlandiya ilə bağlı mövqeyinə münasibət bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirlik “TASS”a yazılı açıqlamasında Vaşinqtonu Arktika bölgəsində öz eqoist maraqlarını həyata keçirmək üçün digər ölkələrdən bəhanə kimi istifadə etməməyə çağırıb.
Açıqlama ABŞ Prezidenti Donald Trampın Çin və Rusiyanın Arktikadakı təsirinin artmasının qarşısını almaq məqsədilə Qrenlandiyanı əldə etməyin zəruri olduğu barədə fikirlərinə cavab olaraq verilib. Sənəddə vurğulanır ki, bütün ölkələrin Arktikada qanuna uyğun fəaliyyət göstərmək hüquq və azadlıqlarına hörmət edilməlidir.
“Şəxsi mənfəət güdən ABŞ digər ölkələri öz hərəkətləri üçün bəhanə kimi istifadə etməməlidir”, - deyə Çin XİN bildirib.
Fidan Hacızadə
Sfera.az