Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyunun start heyətləri müəyyənləşib.


 


Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya komandalar aşağıdakı tərkibdə çıxacaq:


 


"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina


 


"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.


 


Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


 


***


 


Matçın 4-cü dəqiqəsində "Qarabağ" Duranın qolu ilə hesabı açdı: 1-0.


 


***


 


Can Uzun görüşün 10-cu dəqiqəsində hesabda tarazlıq yaratdı: 1-1.