Yanvarın 21-də Bakı Slavyan Universitetində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçileklə görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüşdə Bakı Slavyan Universitetini Anar Nağıyev təmsil edib. Tərəflər ali təhsil, elm, mədəniyyət və sosial layihələr sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə birgə layihələrin həyata keçirilməsi, akademik və institusional əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub.
Görüş zamanı Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi və konkret layihələr üzərində birgə fəaliyyətin qurulması barədə razılıq əldə ediblər.