Almaniyanın “Bavariya” komandası Çempionlar Liqasının yeddinci turunda Belçikanın “Union” klubunu 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.


 


Sfera.az xəbər verir ki, Münhendə keçirilən oyunda hər iki qolu Harri Keyn vurub (52-ci və 55-ci dəqiqələr). Görüşün 63-cü dəqiqəsində “Bavariya”nın müdafiəçisi Kim Min-jae iki sarı vərəqə alaraq meydandan qovulub. Keyn 81-ci dəqiqədə penaltidən yararlana bilməyib. Bu qələbədən sonra “Bavariya” 18 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Arsenal” daha əvvəl 1/8 finala vəsiqəni təmin edib. “Union” isə 6 xalla 31-ci yerdədir.


 


Günün digər oyunlarında “Atletik” – “Atalanta” (3:2), “Yuventus” – “Benfika” (2:0), “Liverpul” – “Marsel” (3:0), “Nyukasl” – PSV (3:0) və “Barselona” – “Slaviya” (4:2) hesablı qələbələr qeydə alınıb. Ümumi mərhələnin son turu yanvarın 28-də keçiriləcək. Qeyd edək ki, Çempionlar Liqasında 36 klub iştirak edir. İlk səkkiz komanda birbaşa 1/8 finala yüksəlir, 9–24-cü yerləri tutan klublar isə pley-off mərhələsində mübarizə aparır. Turnir ötən mövsümdən bu formatda keçirilir.


 


Niyaz Hacıyev


Sfera.az