Qaz gəlirləri yavaş-yavaş neftə yaxınlaşır.
Sfera.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib.
İ.Şaban Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bildirib ki, 2025-ci ildə Azərbaycanın xam neft ixracından gəliri 12,1 milyar dollar, təbii qazdan gəliri isə 8,82 milyard dollar təşkil edib.
Ekspert təbii qazın satış qiymətinin də əlverişli olduğunu vurğulayıb:
"2025-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 1000 kubmetrinin orta qiyməti 350,23 dollar təşkil edib. Dövlət büdcəsində isə qazın ixrac qiyməti 242 dollardır".
Altay
Sfera.az