Türkiyənin opera müğənnisi Emrah Erdem Gedik dünyasını dəyişib.


 


Sfera.az xəbər verir ki, İstanbul Dövlət Opera və Baletinin xor sənətçisi, 48 yaşlı Emrah Erdem Gedik Bahçelievlerdə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılıb.


 


Xəstəxanaya aparılan Gedik bütün müdaxilələrə baxmayaraq həyatını itirib.


 


Gedikin cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutundakı prosedurlar başa çatdıqdan sonra ailəsinə təhvil verilib.