Lənkəranda kişi meyiti tapılıb.


 


Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.


 


1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.


 


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.


 


Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.


 


Faktla bağlı araşdırma aparılır.