"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.



 


Sfera.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 


"Sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 


Xatırladaq ki, Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.