“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb”.


 


Sfera.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Şərif Ağayar sosial media hesabında paylaşıb.


 


O bildirib ki, yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdı:




“Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı. O isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. Ümid edirəm, bundan belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar”.


Xatırladaq ki, jurnalist ötən günlərdə Rəşid Behbudov və bir sıra sənət adamları haqqında paylaşım edərək söyləmişdi ki, “həmişə düşünmüşəm, niyə bizim kişi ifaçılar illah içindən qadın səsi çıxarırlar?

Rəşid Behbudov kimi yüksək uydurulan orta səviyyəli sənətkar gey səsi üçün əziyyət çəkir. Görünür, kölə xalqları zamanında belə oxudublar: get, qayıt, zorlanmış səsi çıxart…

Muğam başdan-ayağa ruslara tabe olan nakışilik ahəngidir”.


 


Fidan Hacızadə


Sfera.az