Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ olub.


 


Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.


 


Zəlzələ yerli vaxta 13:58-də (Bakı vaxtı ilə 14:58-də ) qeydə alınıb. 


 


Zərərçəkənlər və dağıntılarla bağlı məlumat daxil olmayıb.