Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Norveçin "Bodo-Glimt" komandası evdə Portuqaliyanın "Sportinq CP" klubunu 3-0 hesabı ilə məğlub edib.


 


Sfera.az xəbər verir ki, oyun Norveçdə baş tutub.




Qolları Sondre Feth (32-ci dəqiqə, penalti), Ole Blomberq (45+1) və Kasper Hoq (71) vurub.


 


Cavab matçı 17 martda Lissabonda keçiriləcək. Qeyd edək ki, hazırkı Çempionlar Liqası çempionu "Paris Sen-Jermen" komandası əvvəlki finalda "İnter"-i 5-0 hesabı ilə məğlub etmişdi.


 


Niyaz Hacıyev

Sfera.az