Yeni aparılan bir tədqiqat multivitaminlərin bioloji yaşlanma prosesini yavaşlatmaqda çox kiçik təsir göstərdiyini ortaya qoyub. Belə ki, gündəlik multivitamin qəbul edən insanlarda bioloji yaş iki il ərzində yalnız 2,7-5,1 ay azalır.


 


Sfera.az xəbər verir ki, multivitaminlərin qocalma prosesini yavaşlatmağa kömək edə biləcəyi məlum olsa da bu təsirin məhdud olduğu qeyd edilir. Tədqiqatın nəticələrinə görə, multivitaminlər bioloji yaşı kiçik bir müddət üçün azalda bilər, amma bu təsir nəinki böyük deyil, həm də daha sürətlə qocalan insanlar arasında belə çox az hiss olunur.


 


Yeni tədqiqat, əvvəlki araşdırmalara əsaslanaraq multivitaminlərin yaşlanma prosesinə təsirini incələyib. “Nature Medicine” jurnalında dərc olunan bu tədqiqat ABŞ-də yerləşən Brigham və qadın xəstəxanası ilə Harvard tibb məktəbinin tədqiqatçıları tərəfindən aparılıb. Tədqiqatda 1000 nəfər iştirak edib və onların qan nümunələri alınaraq beş epigenetik saatla bioloji yaşları qiymətləndirilib.


 


Tədqiqat iştirakçıları dörd qrupa bölünüb: gündəlik multivitamin və kakao ekstraktı, kakao ekstraktı və plasebo, multivitamin və kakao plasebo, və yalnız plasebo alanlar. Tədqiqatın sonunda multivitamin istifadə edənlərin bioloji yaşlarında təxminən 2,7 ilə 5,1 ay arasında azalma müşahidə olunub. Lakin, bu azalma statistika baxımından əhəmiyyətli olsa da praktiki olaraq çox kiçikdir.


 


Tədqiqatın müəllifləri nəticələrin əhəmiyyətli olmağına baxmayaraq hələ ki, multivitaminlərin qocalmaya təsirinin klinik olaraq dəyərli olub-olmaması barədə qəti nəticəyə gəlməyin çətin olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, multivitaminlər sağlam həyat tərzinin bir hissəsi ola bilər amma yalnız özlüyündə yaşlanma qarşısında effektiv müdaxilə sayılmamalıdır.


 


Bütün mütəxəssislər bioloji qocalmanı yavaşlatmağın ən təsirli və elmi cəhətdən güclü yolunun sağlam həyat tərzi və balanslı qidalanma olduğunu vurğulayırlar. 


 


Mənsumə


Sfera.az