Rusiya Federasiyasının 2-ci Qərb Dairə Hərbi Məhkəməsində “Krokus” konsert zalında terror aktı törədənlərə hökm oxunub. 


 


Sfera.az xəbər verir ki, birbaşa terror törətməkdə ittiham olunan 4 cinayətkarın hər biri, eləcə də əlbirlərindən 11 nəfəri ömürlük həbs cəzasına məhkum ediliblər.


 


Şəmsiddin Fariduni, Dalerjon Mirzoyev, Muhammadsobir Fayzov və Səidakram Raçabolizoda cəzalarının ilk 16-18 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər.


 


Məhkəmə həmçinin onların hər birinə 990.000 rubl cərimə kəsib. Müstəntiqlər onların İslam Dövlətinin Əfqanıstan qanadı olan Vilayət Xorasan qrupunun üzvləri olduqlarına qərar verib.


 


Müstəntiqlərin sözlərinə görə, əlbirlər yaraqlıları pul və silahla təmin ediblər. Məhkumlara avtomobil və mənzil verən dörd nəfər 19 il 11 aydan 22,5 ilə qədər həbs cəzası alıb.




Xatırladaq ki, 22 mart 2024-cü il axşamı bir qrup şəxs “Krokus” binasına girib atəş açmağa başlayıb. Daha sonra binanı yandırıb qaçıblar. Hücum yerində yüzdən çox ölü, 200-dən çox yaralı tapılıb. İŞİD məsuliyyəti öz üzərinə götürüb. Onu da qeyd edək ki, 25 martda İŞİD İranın “Sahebkhabar” saytında Rusiyada növbəti terror hücumları barədə bəyanat dərc edib. İŞİD 22 mart hadisələrindən sonra əsir götürülmüş yoldaşlarının qisasını almağın yolunu tapacağına söz verib.


 


Aynil