İxtisaslaşmış gəmi təmiri müəssisəsi olan “Techmarine Ltd” şirkətinin təsisçisi və Baş direktoru Arif Həsənov vəfat edib.


 


Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.


 


Bildirilib ki, o, 81 yaşında dünyasını dəyişib.


 


Qeyd edək ki, Arif Həsən oğlu Həsənov Bakının Zirə qəsəbəsində 23 sentyabr 1944-cü ildə anadan olub. O, 1962-1967-ci illərdə Bakı Dəniz Yolları məktəbində təhsil alaraq, Xəzər Dəniz Gəmiçiliyində əmək fəaliyyətinə başlayıb və Xəzər Dəzər Dəniz Gəmiçiliyinin baş mühəndisi vəzifəsinə qədər yüksəlib.