Füzuli rayonunda mina partlayıb, ölən var.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.


 


Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.


 


Nəticədə çoban ölüb, atı isə tələf olub.


 


Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)