İranın enerji obyektlərinə hücum olarsa, Yaxın Şərqdəki ABŞ-la bağlı bütün neft və qaz infrastrukturu məhv ediləcək.
Sfera.az xəbər verir ki, bu xəbərdarlığı İranın "Xatəm əl-Ənbiya" qərargahının adı açıqlanmayan sözçüsü edib.
“Belə bir hücum olsa, ABŞ və Qərb müttəfiqlərinin payı olan bölgədəki bütün neft və qaz infrastrukturu yandırılacaq və məhv ediləcək", - rəsmi qeyd edib.