Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.


 


Sfera.az  "Report.az"a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.


 


Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.


 


Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.