2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib.
Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
"Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat (2.4% çox) icra olunub", - deyə Baş nazir qeyd edib.
Firuzə Əliyeva
Sfera.az