İranın yeni Ali rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hücumu zamanı ağır yaralanıb.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.


 


“İran lideri yaralanıb və çox güman ki, üzü eybəcər hala düşüb. Niyə yazılı açıqlama verib? Bilirsiniz niyə?”, - o deyib.


 


Heqset İran rejiminin çaşqın və çarəsiz vəziyyətdə olduğunu vurğulayıb: “İran rəhbərliyi çarəsiz vəziyyətdədir və yeraltında gizlənir. Siçovullar da belə edir”./teleqraf