Salyan rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub.


 


Sfera.az xəbər verir ki, hadisə martın 13-ü saat 12 radələrində Qaraçala qəsəbəsində qeydə alınıb.


 


Qəsəbə sakini 2022-ci il təvəllüdlü Əli Pərvin oğlu Ağarzazadə həyətlərindəki su quyusuna düşərək ölüb.


 


Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.