Paytaxtın Xəzər rayonunda sərxoş halda xəstəxanaya yerləşdirilən şəxs 16 gün sonra ölüb.


 


Sfera.az bildirir ki, hadisə fevralın 25-i Türkan qəsəbəsində qeydə alınıb.


 


1974-cü il təvəllüdlü M.Şıxəliyev huşsuz və sərxoş vəziyyətdə həmin gün xəstəxanaya yerləşdirilib və martın 13-ü orada ölüb.


 


Faktla bağlı araşdırma aparılır.