Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində itkin düşüb.


 


Sfera.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkədə məlumat yayıb.


 


Məlumata görə, Tamerlan Rəhman oğlu Qocayev 2025-ci ilin sentyabrında Başqırdıstanda həbs edilib və müharibəyə gedəcəyi halda həbsdən azad olunacağı ilə bağlı müqavilə imzalayıb.


 


Bildirilib ki, Tamerlan müharibəyə gedəndən bir müddət sonra əlaqə itib.