Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.


 


Sfera.az xəbər verir ki, sözügedən komanda evdə “Neşvill”lə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 1:0.


 


Nəriman oyunda iştirak etməyib. O, sona qədər ehtiyat oyunçular skamyasında qalıb.


 


“Kolumbus Kryu” 4 turdan sonra 2 xalla 13-cü sıradadır.