Bakıda fəaliyyət göstərən "Öz geyim" mağazalar şəbəkəsinin sahibi Şamil Qədirov faciəvi şəkildə ölüb.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, fərdi sahibkar yaşadığı ünvanda canına qəsd edib.


 


Əslən Salyan rayonundan olan Ş.Qədirov ailəli idi, iki azyaşlı övladı var.


 


İş adamının ölümü ilə bağlı araşdırma aparılır.