Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.


 


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.


 


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.


 


Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


***


 


Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


 


Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.


***


 


Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında baş verən yanğında 7 nəfər zəhərlənib.


 


Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.


 


17.03.2026-cı il tarixində saat 11:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanından yanğın səbəbilə çağırış daxil olub.


 


Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.


 


Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.