Türkiyəli reper Blok3 və onun prodüseri Maruf Yöntürkün həbsi istənilir.


 


Sfera.az xəbər verir ki, onlar barəsində "silahlı təhdid" və "qəsdən yaralama" maddələri ilə cinayət işi açılıb. Reperlə prodüserinin 12 il 4 aydan 25 ilə qədər həbs cəzası tələb edildiyi bildirilib.


 


Qeyd olunur ki, məsələ ilə bağlı istintaq davam edir və hələlik rəsmi məhkəmə qərarı açıqlanmayıb.\axşam.az