Gəncə şəhərində sürücü sükan arxasında ölüb.


 


Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 16-da səhər saatlarında baş verib.


 


1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, avtomobildə dünyasını dəyişib.


 


İlkin ehtimalla N.Mustafayev infarktdan ölüb.


 


Faktla bağlı araşdırma aparılır.