"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.


 


Sfera.az xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb.


 


Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".


 


Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.