ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını nəzərdən keçirdiklərini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə o, Ağ Evdə açıqlamalar verib. 


 


O bildirib ki, ABŞ digər ölkələrə yardım edir, lakin eyni münasibəti görmədikdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır:


 


“Biz digər ölkələrə kömək edirik. Onlar bizə kömək etmədikdə bunun üzərində düşünməliyik”, – deyə Tramp vurğulayıb.


 


ABŞ lideri qeyd edib ki, bu qərarın qəbulu üçün Konqresin razılığına ehtiyac yoxdur və belə bir addımı təkbaşına ata biləcəyini bildirib./yenisabah.az