Bakının bir sıra yollarında tıxac yaranıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


 


Hal-hazırda yollardakı vəziyyət:


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;


4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;


6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;


8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;


9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;


11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;


12. Məhəmməd Hadi küçəsi, "Əhmədli" metro stansiyasının ətrafı;


13. Babək prospekti, mərkəz istiqamətində;


14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.