Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Yolu keçən Tofiq Hacıbala oğlu Almazovu hərəkətdə olan VAZ-2107 markalı minlik avtomobili vurub.


 


Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.