23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib.   


 


Sfera.az xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.


 


Bildirilib ki, martın 17-si Azərbaycan vətəndaşı olan 23 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib. 


 


Xatırladaq ki, ötən ay da 9 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilmişdi.